CNN: Pit Heqsetin fəaliyyəti ABŞ ordusunun modernləşdirilməsinə mane olur

1 Min Read
ABŞ ordusunun katibi Daniel Driskolun istefasından sonra Amerika və Avropa rəsmiləri Müdafiə naziri Pit Heqsetin fəaliyyətini kəskin tənqid ediblər. CNN telekanalının məlumatına görə, Heqsetin addımları Silahlı Qüvvələrin modernləşdirilməsi prosesini ləngidir.
Mənbələr bildirir ki, Driskol ordunun döyüş hazırlığı və islahatlarına cavabdeh olan generalların Heqset tərəfindən kütləvi şəkildə işdən çıxarılmasından ciddi narahatlıq keçirib. Mütəxəssislərin fikrincə, xüsusən pilotsuz uçuş aparatlarının (PUA) hərbi əməliyyatlarda rolu artdığı bir dövrdə, Pentaqon rəhbərinin qərarları quru qüvvələrinin 21-ci əsrin müasir döyüş şəraitinə uyğunlaşmasına mane olur.
Telekanal vurğulayır ki, Heqset texnoloji yeniliklər və islahatlar əvəzinə özünün “Amerika döyüşçüsü” imicini qorumağa və orduda “döyüş ruhunu” bərpa etməyə üstünlük verir. O, müasirləşmə ilə bağlı onun baxışları ilə razılaşmayan hərbi komandirləri vəzifələrindən kənarlaşdırır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş