NATO-nun 8 ölkəsindən Baltik dənizində təlim

1 Min Read

NATO-nun Baltik dənizində Rusiya ilə gərginliyə səbəb olan Anti-Sualtı Müharibə təliminə başlaması.İsveç sahillərində 8 müttəfiq ölkənin qatıldığı təlimdə döyüş gəmiləri və patrul təyyarələri sualtı təhlükələri aşkar etmək və izləmək üçün 5 gün məşq edəcək.

NATO Baltik dənizində üçüncü sualtı qayıqlara qarşı döyüş təliminə başlayıb.İsveç sahillərində keçirilən təlimdə 8 müttəfiq ölkə iştirak edir.

izmedia.az xəbər verir ki, təlimdə Almaniya və İsveçə məxsus iki sualtı qayıq iştirak edir.Hərbi gəmilər və patrul təyyarələri də sualtı təhlükələri aşkar etmək və izləmək üçün beş gün ərzində məşq edəcəklər.

NATO Sualtı Qüvvələrinin komandanı, ABŞ kontr-admiralı Con Kraddok sualtı qayıqların yaratdığı təhlükəyə diqqət çəkib.“Okeanların altında baş verənləri tam şəkildə görənə qədər sualtı qayıqlar təhlükə olaraq qalmağa davam edəcək”, – Kraddok bildirib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş