Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Vedomosti”yə müsahibəsində “Ankoraj Ruhu” anlayışının Rusiya və ABŞ prezidentləri arasında formalaşmış etimad mühitini ifadə etdiyini bildirib.
Onun sözlərinə görə, bu anlayış ötən il Alyaskada keçirilmiş sammitdən sonra yaranan və iki ölkənin Ukrayna nizamlanmasının əsas istiqamətləri üzrə lider səviyyəsində razılaşmasına imkan verən siyasi atmosferi təsvir edir.
“Bu, ötən il Alyaskada keçirilən sammit kontekstində iki ölkəyə Ukraynanın tənzimlənməsinin əsas konturları barədə liderlik səviyyəsində razılığa gəlməyə imkan verdi və biz də öz tərəfimizdən buna sadiq qalırıq”, – deyə Ryabkov bildirib.
Diplomat qeyd edib ki, ABŞ-da bu prosesin necə adlandırılmasının əhəmiyyəti yoxdur, əsas məsələ tərəflər arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın bərpası istiqamətində siyasi iradənin qorunmasıdır.
Onun sözlərinə görə, Rusiya ikitərəfli dialoqun zəifləməsi üçün əsas görmür və əksinə, müxtəlif səviyyələrdə təmasların davam etdiyini vurğulayıb.
Ryabkov əlavə edib ki, mürəkkəb məsələlərin həlli üçün hər iki tərəfdən siyasi iradə və real vəziyyətə obyektiv yanaşma tələb olunur:
“Burada qeyri-mümkün heç nə yoxdur, amma uğur üçün siyasi iradə və ayıq-sayıq baxış lazımdır.”
O, həmçinin ABŞ-ın əvvəlki administrasiyasının yanaşmasını tənqid edərək, qərarların nəticə etibarilə Vaşinqton tərəfindən veriləcəyini bildirib.
İzmedia.az
![]()

