İsrail mətbuatı Təl-Əviv rəhbərliyinin Donald Trump administrasiyasının İranla nüvə məsələsində “müvəqqəti razılaşma” əldə etməsindən narahat olduğunu yazıb.
“Haaretz” qəzetinin məlumatına görə, İsrail ABŞ ilə İran arasında yalnız məhdud və keçici xarakter daşıyan anlaşmanın imzalanacağı ehtimalından ciddi şəkildə ehtiyat edir. Təl-Əviv hesab edir ki, belə bir razılaşma İranın nüvə proqramı ilə bağlı əsas problemləri tam həll etməyəcək.
İsrail üçün əsas narahatlıq doğuran məsələlər arasında İranın zənginləşdirilmiş uran ehtiyatları, uranın zənginləşdirilməsinin dayandırılması və ballistik raket proqramı yer alır. İsrail təhlükəsizlik qurumları İranın Vaşinqtonu vaxt uzatmaq məqsədilə danışıqlarla “oyatdığını” düşünür və genişmiqyaslı yekun razılaşmanın əldə olunma ehtimalını aşağı qiymətləndirir.
Bundan əvvəl Donald Trump İranla “böyük ölçüdə” razılıq əldə olunduğunu bildirmiş və yekun detallarla bağlı müzakirələrin davam etdiyini açıqlamışdı.
izmedia.az
![]()
