Almaniyada kansler Merzi təhqir edənlərə ilk cərimələr tətbiq olundu

Nərmin
1 Min Read

Almaniyada sosial şəbəkələrdə kansler Fridrix Merzə qarşı təhqiramiz ifadələr işlədən şəxslərə ilk cərimələr verilib.

Məlumata görə, Heilbronn prokurorluğu kanslerin ünvanına yazılmış 39 təhqir xarakterli paylaşmanı araşdırıb. Onlardan bir hissəsi sübut çatışmazlığı səbəbindən bağlansa da, iki iş üzrə məhkəmə qərarı çıxarılıb.

Məhkəmə istifadəçilərdən birini Merzi “Yalançı Fridrix” adlandırdığı üçün təqsirli bilərək cərimələyib. Digər şəxs isə kansleri kobud söyüşlə təhqir etdiyinə görə cəza alıb. Hər iki halda cərimənin məbləği şəxslərin aylıq gəlirlərinə uyğun hesablanıb və təxminən 2 min avronu keçib.

Bundan başqa, məhkəmə kanslerin “pijon” adlandırılmasını da təhqir hesab etsə də, sonradan iş tərəflərin razılığı ilə bağlanıb. Maraqlıdır ki, kanslerin Pinokkio obrazı ilə müqayisə olunması cəzalandırılmayıb. Məhkəmə bunu fikir azadlığı çərçivəsində siyasi tənqid kimi qiymətləndirib.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş