İsveçrə Xarici İşlər Nazirliyi ABŞ, İran, Qətər və Pakistan arasında cümə günü keçirilməsi planlaşdırılan danışıqların təxirə salındığını açıqlayıb.
Nazirliyin yaydığı bəyanatda bildirilib ki, tərəflər arasında nəzərdə tutulan görüş baş tutmasa da, İsveçrə danışıqların keçirilməsini dəstəkləməyə hazırdır.
Açıqlamada həmçinin qeyd olunub ki, Bürgenştokda müvafiq hazırlıq işləri davam etdirilir.
Danışıqların yeni tarixinin nə vaxt müəyyənləşəcəyi barədə isə hələlik məlumat verilməyib.
İzmedia.az
![]()

