Rusiya Baş nazirinin müavini: “Ermənistanla dialoqa hazırıq, lakin fitosanitar tələblərə əməl olunmalıdır”

1 Min Read

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Yunashev Live” Telegram kanalına verdiyi müsahibədə Moskvanın İrəvanla konstruktiv dialoqa açıq olduğunu bildirib. Bununla yanaşı, o, Ermənistan tərəfi ilə bağlı müəyyən problemlərin mövcudluğuna diqqət çəkib.
Overçuk qeyd edib ki, Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut bu yaxınlarda Ermənistanın iqtisadiyyat naziri ilə görüşərək mövcud narahatlıqları qarşı tərəfə çatdırıb: “Fitosanitar nəzarət tələblərinə tam əməl olunmalıdır. Bu, məhsulun sadəcə keyfiyyət məsələsi deyil; burada müxtəlif xəstəliklər və onların yayılma riski var”.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş