Volodin Tokioya xəbərdarlıq etdi: “Kuril adaları Rusiyanın ayrılmaz hissəsidir”

1 Min Read

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Kuril adalarının Rusiya Federasiyasının ayrılmaz hissəsi olduğunu bəyan edib və Yaponiya rəhbərliyini tarix dərslərini unutmamağa çağırıb.
Volodin İkinci Dünya müharibəsi dövründə Yaponiyanın faşist Almaniyasının müttəfiqi olduğunu xatırladaraq bildirib:
“Yaponiya rəhbərliyi tarixi bir daha xatırlasın. Döyüşkən Yaponiyanın və onun Kvantunq Ordusunun Çin, Vyetnam, Koreya və Laosda 35 milyon mülki insanı məhv etdiyi dövrü unutmamaq lazımdır. O zaman verilən bütün qərarlar təsadüfi deyildi — Yaponiya məhz buna görə cəzalandırıldı.”
Duma spikeri rəsmi Tokionun yenidən aqressiv ritorikaya qayıtmaq cəhdlərinin mənasız olduğunu vurğulayıb. O qeyd edib ki, nüvə dövləti olan Rusiyanı məğlub etmək mümkün deyil və bu tür bəyanatlar yalnız ikitərəfli münasibətlərdə gərginliyi artırır. Volodin iki ölkə arasında əlaqələrin dostluq, suverenliyə hörmət və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulmasının vacibliyini yekunlaşdırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş