Almaniyada türk kafesinə silahlı hücum: Şübhəlinin axtarışları sürdürülür

1 Min Read
Almaniyanın Köln şəhərində naməlum şəxs türk kafesinə atəş açıb. “Bild” nəşrinin verdiyi məlumata görə, hadisə avqustun 31-i səhər saat 07:30 radələrində şəhərin Bonner küçəsində qeydə alınıb.
Hadisə vaxtı obyektdə insan olmadığı üçün xəsarət alan və ya həlak olan olmayıb. Əraziyə cəlb olunan polis qüvvələri küçəni mühasirəyə alıb və cinayətkarın axtarışına başlayıb. Hadisə yerindən 9 mm kalibrli gilizlər tapılaraq götürülüb.
Qeyd olunur ki, son zamanlar Almaniyanın iri şəhərlərində, xüsusən Berlin və Kölndə iş adamlarını şantaj edərək hədə-qorxu gələn mütəşəkkil cinayətkar qruplaşmaların fəallığı kəskin artıb. Hüquq-mühafizə orqanları baş verən insidentin məhz bu kimi reketçilik faktları ilə bağlılığı variantını araşdırır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş