İran Prezidenti Məsud Pezeşkyan İslam Respublikasının həmişə müharibələrin əleyhinə olduğunu və münaqişələrin eskalasiyasının qarşısının alınmasını xalqın maraqlarının qorunması, eləcə də regional təhlükəsizliyin təmin edilməsinin əsas şərti saydığını bəyan edib. Trend agentliyinin “Mehr”ə istinadən verdiyi məlumata görə, dövlət başçısı bu barədə rəsmi çıxışında bildirib.
Sülhsevər mövqeyi xatırlatmaqla yanaşı, Pezeşkyan ölkənin xarici təzyiq və hərbi müdaxilələrə qarşı barışmaz mövqeyini də vurğulayıb. O bildirib ki, İran indiyədək xarici təcavüzə qətiyyətlə müqavimət göstərib və düşmən tam tövbə edənə qədər bu müqavimətini “tam gücü ilə” davam etdirəcək.
İran Prezidenti əlavə edib ki, ölkəsi gələcəkdə ola biləcək hər cür təcavüz aktına qarşı cavab vermək hazırlığını yüksək səviyyədə saxlayır və İran xalqının suveren hüquqları ilə milli mənafelərini sonadək müdafiə edəcək.
İzmedia.az
![]()

