ABŞ-nin tanınmış media qurumları olan CNN, MS NOW və Politico jurnalistlərin akkreditasiyasının ləğv edilməsi və Ağ Evə girişlərinin qadağan olunması ilə əlaqədar ABŞ administrasiyasına qarşı birgə məhkəmə iddiası qaldırıblar.
Media vasitələrinin yayımladığı birgə bəyanatda qeyd olunur ki, sentyabrın 18-də Prezident Donald Trampın bu qurumları “saxta xəbərlər” yaymaqda ittiham edərək Ağ Evdə işləmələrini qadağan etməsindən və növbəti gün jurnalistlərin giriş buraxılışlarının ləğv edilərək müsadirə olunmasından sonra bu addım atılıb.
İddia ərizəsində hökumətin hər hansı əvvəlcədən xəbərdarlıq və lazımi hüquqi prosedur olmadan verdiyi bu qərarın ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə təmin edilən mətbuat azadlığını və müstəqil informasiya almaq hüququnu kobud şəkildə pozduğu vurğulanır. Redaksiyalar hökumətin mətbuatın işinə və dərc edəcəyi materiallara müdaxilə etmək hüququnun olmadığını bəyan ediblər.
İzmedia.az
![]()

