Almaniya kansleri Fridrix Merzin hökuməti Xristian Demokrat İttifaqının (CDU) Meklenburq-Ön Pomeraniya torpaq seçkilərində uğradığı tarixi məğlubiyyətdən sonra dərin qeyri-müəyyənliklə üz-üzə qalıb. “Bloomberg” agentliyinin məlumatına görə, partiya tarixində ilk dəfə olaraq ştat parlamentinə daxil ola bilməyib.
Məlumata əsasən, yaxın 48 saat ərzində parti daxilində Merzin istefası tələblərinin gücləndiyi bir vaxtda onun hakimiyyətdə qalıb-qalmayacağı müəyyənləşəcək. Rəy sorğuları Fridrix Merzin İkinci Dünya müharibəsindən sonra Almaniyanın en aşağı reytinqə malik kansleri olduğunu göstərir.
Analitiklər CDU-nun bu sarsıdıcı uğursuzluğunu ölkədə illərdir davam edən iqtisadi durğunluqla əlaqələndirirlər. Partiya daxilindəki mənbələr bildirirlər ki, Merzin vəzifədə qalması böhranı daha da dərinləşdirəcək və onun hakimiyyətdən uzaqlaşdırılması artıq qaçılmaz günlər məsələsidir.
Meklenburq-Ön Pomeraniyadakı seçkilərdə sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası 38,2 faiz səs toplayaraq qalib gəlib, CDU isə cəmi 4,9 faiz səs yığaraq baryeri keçə bilməyib.
Seçkilərin nəticəsini “fəlakətli” adlandıran Fridrix Merz partiyasının bu siyasi mübarizədə məğlub olduğunu etiraf edib.
İzmedia.az
![]()

