UNIFIL: Livanın cənubunda sülhün bərqərar olması çətin proses olaraq qalır

1 Min Read

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) Livanın cənubunda sabitliyin hələ də kövrək olduğunu bildirərək münaqişənin tamamilə yekunlaşması üçün tərəflərdən ciddi siyasi iradə tələb olunduğunu vurğulayıb.

Bu barədə bəyanat Beynəlxalq Sülh Günü münasibətilə UNIFIL-in Livanın cənubundakı Naqura şəhərində yerləşən qərargahında keçirilən rəsmi mərasimdə səsləndirilib. Sənəddə Livanın cənubunda sülhün qeyri-müəyyən qaldığı, lakin onun bərqərar olunmasına ümidlərin davam etdiyi diqqətə çatdırılıb.

UNIFIL-dən bildirilib ki, sülhməramlılar gərginliyin azaldılmasına və anlaşılmazlıqların qarşısının alınmasına kömək edə bilsələr də, münaqişəyə tam son qoyacaq siyasi qərarları əvəz edə bilməzlər. Missiyanın rəhbəri və Qüvvələr Komandanı Diodato Abanyara sülhün daimi məsuliyyət tələb etdiyini və diplomatik səylərin dəstəklənməsinə davam ediləcəyini qeyd edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş