İran Tehranı məhv etməklə hədələyən Trampa cavab verib

1 Min Read
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasında İran ünvanına səsləndirdiyi təhdidlərə kəskin reaksiya verərək Vaşinqtona xəbərdarlıq edib.
İİKK-nın sözçüsü Hüseyn Mohebbi Trampın əvvəlki təhdidlərini də yerinə yetirə bilmədiyini xatırladaraq, ABŞ-ın bu cür addımlarla yalnız uğursuzluğa düçar olacağını bildirib. Eyni zamanda İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-ın hər hansı yeni hücumuna qarşı daha ağır və sarsıdıcı zərbələr endiriləcəyini bəyan edib. İran Parlamenti sədri Məhəmməd Baqer Qalibaf da ölkənin ABŞ təzyiqləri qarşısında təslim olmayacağını vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında İranla razılaşma əldə etmək və ya ölkəni məhv etmək arasında seçim etməli olduğunu bildirib. 2026-cı ilin noyabrında keçiriləcək ABŞ-dakı ara seçkilərdən sonra sülh sazişinin mümkünlüyünə ümid etdiyini deyən Tramp, əsas məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bir daha bəyan edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş