Tramp Putinin G20 sammitində iştirak edəcəyini dəqiqləşdirməsə də, onunla görüşə hazır olduğunu bildirib

1 Min Read
U.S. President Donald Trump and Russia's President Vladimir Putin shake hands as they meet in Helsinki, Finland July 16, 2018. REUTERS/Kevin Lamarque TPX IMAGES OF THE DAY
CNN telekanalının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyini hələ bilmədiyini, lakin Rusiya lideri ilə yeni görüşə açıq olduğunu bəyan edib.
Tramp bildirib ki, tərəflər arasında daha əvvəl Alyaskada görüş keçirilib və Rusiya lideri yeni müzakirələrə qarşı deyil. ABŞ dövlət başçısı vurğulayıb ki, həm Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin başa çatmasında maraqlıdırlar.
Xatırladaq ki, Volodimir Zelenski Rusiya prezidentinin qatılacağı təqdirdə Mayamidəki sammitdə iştirak etməyə və Putinlə görüşməyə hazır olduğunu bəyan etmişdi. Rusiya tərəfi isə səfərlə bağlı yekun qərarın hələ verilmədiyini açıqlayıb. Sammit çərçivəsində mümkün liderlər görüşü Moskva tərəfinin tədbirdə iştirak qərarından asılı olaraq qalır.
İzmedia.az

 

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş