ABŞ Maliyyə Naziri Skott Bessent Vaşinqtonun “İqtisadi Kənarlaşdırma Əməliyyatı” (Operation Economic Outcast) çərçivəsində sentyabrın 23-dən etibarən İranın bütün kommersiya aviaşirkətlərinin dünya üzrə fəaliyyətinin dayandırılacağını bəyan edib.
ABŞ Maliyyə Nazirliyi İran təyyarələrinə yanacaq dolduran, onlara eniş və texniki xidmət göstərən, eləcə də bilet satışını həyata keçirən xarici şirkətlərə və hava limanlarına qarşı sərt ikincil sanksiyalar tətbiq edəcəyini bildirib. Qaydalara riayət etməyən qurumlar ABŞ dolları ilə hesablaşmalar sistemindən tamamilə çıxarılma riski ilə üzləşəcəklər.
Bu addım Vaşinqtonun Tehrana müxtəlif sektorlar üzrə tətbiq etdiyi iqtisadi təzyiq kampaniyasının tərkib hissəsidir. Qərar nəticəsində Yaxın Şərqdə və digər marşrutlarda uçuşların kütləvi ləğvi, habelə beynəlxalq səyahətlərdə ciddi çətinliklərin yaranacağı gözlənilir.
İzmedia.az
![]()

