ABŞ Hərbi Dəniz Qüvvələri “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin heyəti arasında 8 intihar cəhdini təsdiqləyib

1 Min Read
ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı keçirilən hərbi əməliyyatlarda iştirak edən “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin zərbə qrupuna daxil olan hərbçilər arasında ən azı 8 intihar cəhdinin qeydə alındığını təsdiqləyib.
Hərbi Dəniz Qüvvələrinin katibi vəzifəsini icra edən Hunq Kao Nyu-Yorkdan olan senator Kirsten Cillibrandın sorğusuna cavab olaraq bildirib ki, bütün insidentlər zamanı ölüm halı qeydə alınmayıb. Məlumata görə, intihar cəhdləri həm gəminin, həm də onu müşayiət edən eskadra və aviasiya qruplarının şəxsi heyətini əhatə edib.
Hərbi rəsmilər gəmidə uzun müddət Liman dayanacaqlarının olmaması və yüksək döyüş hazırlığı rejimi səbəbindən hərbçilərin ciddi psixoloji təzyiqə məruz qaldığını bildirirlər. Rekord müddətdə dənizdə qalan “USS Abraham Lincoln” zərbə qrupu hazırda Yaxın Şərqi tərk edərək Kaliforniyanın San-Dyeqo şəhərindəki daimi bazasına qayıdır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş