Səfir: “Tramp konqresə seçkilər öncəsi İranla bağlı çətin siyasi seçimlə üz-üzədir”

1 Min Read
ABŞ-ın Omandakı keçmiş səfiri Riçard Şmierer “Al Jazeera” telekanalına müsahibəsində bildirib ki, Prezident Donald Tramp 3 noyabr ara seçkiləri ərəfəsində İranla münaqişənin həlli yollarını axtararkən ciddi siyasi manevr etmək məcburiyyətində qalıb.
Diplomatın sözlərinə görə, müharibə amerikalılar arasında populyar deyil və ABŞ-da benzin ilə dizelin baha olması Trampın işini çətinləşdirir. Müharibənin başa çatması onun xeyrinə olsa da, bunun üçün İrana əhəmiyyətli güzəştlərin edilməsi (məsələn, dondurulmuş aktivlərin azad edilməsi və ya neft sanksiyalarının ləğvi) daxili siyasətdə sert tənqidlərə yol aça bilər.
Səfir qeyd edib ki, Tramp hazırda seçkilərdən əvvəl müharibəni rəsmən bitirmədən, Amerika xalqına “hər şeyin tezliklə yekunlaşacağı” mesajını verərək orta yol tapmağa çalışır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş