Fransa Prezidenti Emmanuel Makron “France 2” dövlət telekanalının gündüz xəbərlər buraxılışında həyat yoldaşı Bricit Makrona qarşı təhqiramiz ifadələrin yer aldığı plakatın efirə verilməsindən kəskin narazılığını bildirib. İnsident 6 oktyabr tarixində, məktəblilərin kütləvi etiraz aksiyaları haqqında hazırlanan kadrların yayımı zamanı baş verib. Plakatda dövlət başçısının gənclik illərində müəllimi olmuş Bricit Makronla münasibətlərinə eyham vuran etikadan kənar şüar yer alıb.
“Le Parisien” qəzetinin məlumatına görə, Yelisey sarayı təkcə görüntünün efirə getməsindən deyil, həm də media holdinqin dərhal rəsmi üzr istəməməsindən narahatlığını ifadə edib. “France Télévisions” milli redaksiya şöbəsinin rəhbəri Jülyen Düperre kanalın aksiyalardakı plakatların məzmununa birbaşa cavabdeh olmadığını bildirsə də, təhqiramiz ifadələr ehtiva edən kadrların filtrasiyası üzrə redaksiya nəzarətinin vacibliyini etiraf edib. Hadisədən sonra media rəhbərliyi bütün xəbər heyətinə peşəkar məsuliyyət və efir etikası xəbərdarlığı edib.
İzmedia.az
![]()

