İranın ucuz dronları ABŞ və müttəfiqlərini bahalı raketlər sərf etməyə məcbur edir

1 Min Read

İranın ucuz pilotsuz uçuş aparatlarından istifadə etməsi ABŞ və onun müttəfiqlərini bahalı raket ehtiyatlarını sürətlə tükəndirməklə iqtisadi baxımdan əlverişsiz vəziyyətə salır.

İzmedia.az bildirir ki, bu barədə “The New York Times” qəzetinin məlumat yayıb.

Qəzet Arthur Erickson — dron istehsalçısı “Hylio” şirkətinin baş icraçı direktoru və həmtəsisçisinin sözlərini sitat gətirib:

“Dronu vurmaq, səmaya dron buraxmaqdan daha baha başa gəlir. Bu, pul oyunudur. Hər atış və ya ələ keçirmə üçün xərc nisbəti ən yaxşı halda 10-a 1-dir. Lakin İranın xeyrinə bu nisbət 60 və ya 70-ə 1 ola bilər”.

Məqalədə qeyd olunur ki, bu vəziyyət fonunda Vaşinqton və tərəfdaşlarının regionu müdafiə etmək üçün istifadə etdiyi raket-tutucuların ehtiyatlarının tükənə biləcəyi ilə bağlı narahatlıqlar artır.

Ekspertlər bu vəziyyəti müttəfiqlərin kifayət qədər hava hücumundan müdafiə imkanları təmin etməkdə çətinlik çəkdiyi Ukraynadakı vəziyyətlə müqayisə edirlər.

Qəzet həmçinin Center for Strategic and International Studies (Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi) tərəfindən hazırlanmış hesabata istinad edərək bildirir ki, ABŞ son vaxtlar minlərlə deyil, cəmi yüzlərlə sayda raket-tutucu alıb.

Yeni müqavilələr imzalansa da, davam edən münaqişələr fonunda müdafiə sənayesi müəssisələrinin artan tələbatı tam şəkildə qarşılaya bilməsi üçün illər tələb oluna bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş