Tramp: İranın danışıqlara qayıtması mənim üçün vacib deyil

1 Min Read

ABŞ prezidenti Donald Tramp İranın danışıqlar masasına qayıdıb-qayıtmayacağı ilə bağlı narahat olmadığını bildirib.

O, Floridadan qayıdarkən Merilenddəki Endryus Birgə Hava Bazasında jurnalistlərə açıqlamasında deyib: “Onların geri qayıdıb-qayıtmamasının mənim üçün fərqi yoxdur. Əgər geri qayıtmasalar, mən yaxşıyam”.

Prezident bu fikirləri Tehranla Vaşinqton arasında mümkün danışıqların bərpası ilə bağlı suala cavab verərkən səsləndirib. Tramp İranın “çox pis vəziyyətdə” olduğunu və çıxılmaz durumda qaldığını da iddia edib.

Qeyd edək ki, İran və ABŞ aprelin 11-də İslamabadda bir neçə raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident JD Vens rəhbərlik edib.

Hər iki tərəf görüşlərdən sonra bəyan edib ki, mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılaşma əldə olunmayıb. Yeni danışıqlar raundunun detalları isə hələlik açıqlanmayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş