ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun fikrincə, NATO böyük hərbi münaqişə baş verəcəyi təqdirdə Vaşinqtonun yanında olmaya bilər.
O, “Salem News”a müsahibəsində deyib: “Əgər biz böyük bir münaqişədə olsaydıq, düşünmürəm ki, onlar bizimlə olardılar”.
Tramp həmçinin Çinə planlaşdırdığı səfərdən əvvəl Pekinlə münasibətlərə dair mövqeyini də açıqlayıb. O, Çinlə qarşıdurmadan daha çox əməkdaşlığı üstün tutduğunu bildirib.
“Bizim çox güclü münasibətlərimiz var və düşünürəm ki, Çinlə mübarizə aparmaqdansa, onlarla yaxşı münasibət qurmaq daha yaxşıdır. Onlar da belə düşünürlər”, – deyə ABŞ prezidenti qeyd edib.
İzmedia.az
![]()

