“Kanadada görünən UNO panika yaratdı” – Sən demə, bu SpaceX raketinin izi imiş

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Kanadanın British Columbia əyalətində səmada görünən parlaq konus formalı obyekt sakinlər arasında təşvişə səbəb olub.

Hadisə mayın 5-i axşam saatlarında baş verib. Onlarla insan qeyri-adi görüntünü videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Bir çox istifadəçi bunun yadplanetlilərlə ilk təmas ola biləcəyini düşünərək müzakirələr aparıb.

Lakin astronomlar qısa zamanda məsələni aydınlaşdırıblar. Məlum olub ki, səmada görünən obyekt Falcon 9 raketinin buraxılışından sonra yaranan işıq effekti olub. Raket SpaceX şirkətinə məxsusdur və təxminən bir saat əvvəl California ştatındakı kosmodromdan havaya qalxıb.

Mütəxəssislərin sözlərinə görə, insanlar “meduza effekti” adlanan nadir atmosfer hadisəsinin şahidi olublar. Belə ki, yüksək hündürlükdə raket yanacağının buraxdığı qaz buludu günəş şüaları ilə işıqlanaraq səmada parlaq və müəmmalı görüntü yaradıb.

Bildirilir ki, raketin buraxılışı Pentaqonun məxfi missiyası çərçivəsində həyata keçirildiyi üçün əvvəlcədən ictimaiyyətə məlumat verilməyib. Bu isə Kanadada bir çox insanın qorxuya düşməsinə səbəb olub.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş