izmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın atəşkəslə bağlı ABŞ təklifinə verdiyi cavabı sərt şəkildə tənqid edib.
Tramp sosial şəbəkədə yayımladığı açıqlamada İran tərəfinin cavabını oxuduğunu və bunun “heç xoşuna gəlmədiyini” bildirib. Onun sözlərinə görə, İranın mövqeyi “qətiyyən qəbulolunmazdır”.
ABŞ mediasının məlumatına görə, İran ABŞ-a çatdırdığı cavabda bəzi şərtlər irəli sürüb. Həmin təklifdə Hürmüz boğazının mərhələli şəkildə açılması və İran gəmilərinə qarşı məhdudiyyətlərin yumşaldılması məsələləri yer alır.
Məlumatlarda qeyd olunur ki, Tehran ABŞ-ın nüvə proqramı ilə bağlı uzunmüddətli məhdudiyyət tələblərini tam qəbul etməyib, lakin müəyyən müddətlik uranın zənginləşdirilməsinin dayandırılmasına hazır olduğunu bildirib.
Eyni zamanda İran tərəfi sanksiyaların ləğvini, dəniz blokadasının aradan qaldırılmasını və ölkəyə qarşı yeni hücumların olmayacağına dair təminatlar tələb edib.
![]()
