“Ekathimerini” qəzeti Afina Geodinamik İnstitutunun məlumatına istinadən xəbər verib ki, Afinada Amerikanın məşhur “Metallica” qrupunun konserti zamanı seysmik aktivlik qeydə alınıb.
Bildirilib ki, mayın 9-da Afina şəhərətrafındakı Olimpiya Stadionunda keçirilən “Metallica” konsertinə 80 mindən çox insan qatılıb.
Seysmoloqlar tədbir zamanı izdihamın eyni anda sıçraması nəticəsində yaranan kiçik təkanları “konsert zəlzələləri” adlandırıblar.
İzmedia.az
![]()

