CNN telekanalının İsrailin yüksəkvəzifəli rəsmilərinə istinadən yaydığı məlumata görə, İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampın İranla münaqişənin əsas səbəblərini həll etmədən razılaşma əldə edə biləcəyindən narahatdır.
Telekanalın həmsöhbətlərindən biri bildirib ki, “Trampın yetərsiz və faydasız bir razılaşma imzalayacağı ilə bağlı real narahatlıqlar var”.
Mənbələrin sözlərinə görə, Tehranın nüvə proqramının qismən saxlanılmasını nəzərdə tutan, lakin ballistik raketlər və İranın regional müttəfiqlərinə dəstəyi kimi məsələləri əhatə etməyən mümkün razılaşma İsrail tərəfindən münaqişənin yarımçıq qalması kimi qiymətləndiriləcək.
İsrailin yüksəkvəzifəli rəsmilərindən biri CNN-ə açıqlamasında qeyd edib ki, ölkə danışıqların uğursuzluqla nəticələnməsi ehtimalına qarşı yüksək hazırlıq vəziyyətindədir.
O əlavə edib ki, “əgər iranlılar vaxt uzatmağa və danışıqları gecikdirməyə davam etsələr”, vəziyyətin gərginləşməsi real ssenariyə çevrilə bilər.
İzmedia.az
![]()

