Keçmiş konqresmen ABŞ-ni inqilabla hədələdi: “Tramp İranla müharibəyə başlasa, artıq bəsdir deyəcəyik”

Nərmin
1 Min Read

ABŞ-nin keçmiş konqresmeni Marjori Teylor Qrin bildirib ki, Vaşinqtonun İrana qarşı mümkün hərbi əməliyyatı ölkə daxilində siyasi inqilaba səbəb ola bilər. Onun sözlərinə görə, Prezident Donald Tramp administrasiyası bu addımı atarsa, yeni müharibələrə qoşulmamaqla bağlı verdiyi vədi pozmuş olacaq.

izmedia.az xəbər verir ki, İran məsələsinin müzakirəsi fonunda Vaşinqtonda siyasi gərginlik artmaqdadır. Vaxtilə Konqresdə təmsil olunan Marjori Teylor Qrin sosial şəbəkələrdə prezidentə sərt xəbərdarlıq edib.

Qrin bildirib ki, Ağ Ev rəhbəri ABŞ qoşunlarını İrana göndərmək qərarı verərsə, bu, ölkə daxilində böyük siyasi partlayışa səbəb olacaq.

“Əgər İrana qoşun göndərilsə, Amerikada siyasi inqilab baş verəcək. Artıq bəsdir”, — deyə siyasətçi yazıb.

O vurğulayıb ki, hazırkı administrasiya seçkiöncəsi verdiyi “yeni müharibələrə başlamamaq” vədini artıq pozub.

Keçmiş konqresmen bununla kifayətlənməyərək geniş müxalif koalisiyanın yaradılacağını da elan edib. Onun sözlərinə görə, bu birlik hakimiyyətdə olan rəhbərliyi devirmək gücündə olacaq. Qrin bildirib ki, bu prosesə şəxsən özü rəhbərlik edəcək və artıq onu dayandırmaq mümkün olmayacaq.

Siyasətçi ABŞ-nin hazırkı xarici siyasət kursunu “axmaq siyasət” adlandırıb və hərbi avantüralara son qoymağa çağırıb.

Qeyd edək ki, Marjori Teylor Qrin konservativ və tez-tez qalmaqallı çıxışları ilə tanınır. O, həmçinin Ukraynaya yardım ayrılmasına qarşı mövqeyi ilə də diqqət çəkir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş