izmedia.az xəbər verir ki, Çinin cənubunda yerləşən Quanşi Cuanq Muxtar Bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib. Sarsıntıdan sonra mümkün afterşokların yaratdığı təhlükə səbəbilə 7 mindən çox insan evlərindən təxliyə olunub.
Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) məlumatına görə, zəlzələ səhər saatlarında qeydə alınıb. Episentri Quanşi Cuanq Muxtar Bölgəsinə bağlı Liucou şəhəri olub.
Yerli mediada yayılan xəbərlərə əsasən, şəhər mərkəzində 10-dan çox binada dağıntı və ziyan qeydə alınıb. İlkin məlumatlara görə, 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb.
Zəlzələdən sonra mümkün təkrar təkanların yaratdığı riskə görə 7 mindən çox insan təhlükəsizlik məqsədilə evlərindən çıxarılıb.
Bölgədə dəmir yolu xətlərində də ziyan ehtimalı səbəbilə qatarların hərəkəti müvəqqəti dayandırılıb. Lakin rabitə, elektrik, su və qaz şəbəkələrinin normal fəaliyyətini davam etdirdiyi bildirilib.
![]()
