Koreya Əmək Partiyasının baş katibi və Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri Komissiyasının sədri Kim Çen In ölkənin Cənubi Koreya ilə sərhədini “alınmaz qalaya” çevirmək niyyətində olduğunu açıqlayıb.
![]()
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Bildirilir ki, Kim Çen In bu fikirləri ordu diviziyaları və briqadalarının komandirləri ilə keçirilən görüş zamanı səsləndirib.
Məlumata görə, KXDR lideri çıxışında partiyanın cənub sərhədini qoruyan cəbhə birləşmələrinin gücləndirilməsi və sərhəd bölgəsinin müdafiə sisteminin daha da möhkəmləndirilməsi siyasətinə toxunub.
O, həmçinin ordu birləşmələrinin təşkilati strukturunun yenidən nəzərdən keçirilməsini, Cənubi Koreya ilə sərhəddə yerləşən qoşunların gücləndirilməsini və onların hərbi-texniki imkanlarının artırılmasını planlaşdırdıqlarını bildirib.
İzmedia.az
![]()
Sign in to your account