Pekində qalmaqal: ABŞ maliyyə naziri nişanı olmadığı üçün görüşə buraxılmadı

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Çinə səfəri zamanı ABŞ maliyyə naziri Skott Bessent Pekində keçirilən rəsmi tədbirlərdən birinə akkreditasiya nişanı olmadığı üçün buraxılmayıb.

Məlumata görə, hadisə Trampın 13-15 may tarixlərində Çinə etdiyi dövlət səfəri çərçivəsində baş verib. Təhlükəsizlik əməkdaşları Bessentin şəxsiyyətini təsdiqləyən nişanı təqdim etməsini tələb edib və sənəd olmadığı üçün onu tədbirə daxil etməyiblər.

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov hadisəni şərh edərək bildirib ki, ABŞ rəsmisi girişdə gözləməli olub, köməkçiləri isə nişanı oteldən gətirməyə çalışıblar.

Puşkovun sözlərinə görə, Çin tərəfi protokol qaydalarına ciddi əməl edib və qonağın yüksək vəzifədə olmasına baxmayaraq istisna etməyib.

Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. ABŞ və Çin rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş