Almaniyada Mertsin xarici siyasəti tənqid olundu

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts diplomatiyanı anlamamaqda ittiham olunub.

Tənqid “Sara Vaqenknext İttifaqı — Ağıl və Ədalət naminə” partiyasının sədr müavini Mixael Lüders tərəfindən səsləndirilib. O bildirib ki, Almaniya hökumətinin Ukrayna münaqişəsi və Yaxın Şərqdəki hadisələrlə bağlı mövqeyi ziddiyyətlidir.

Lüdersin sözlərinə görə, Berlin Rusiya-nın Ukraynadakı addımlarını sərt şəkildə tənqid etdiyi halda, ABŞ və İsrail-in İrana qarşı hərəkətlərinə münasibətdə eyni mövqeni göstərmir.

Siyasətçi kanslerin xarici siyasət kursunun Almaniya üçün mənfi nəticələr doğura biləcəyini də vurğulayıb. O, xüsusilə enerji böhranı və neft-qaz təchizatı ilə bağlı risklərə diqqət çəkib.

Lüders bildirib ki, Hörmüz boğazında mümkün problemlər Almaniya sənayesinə ciddi təsir göstərə bilər və Berlin bu vəziyyətə hazır deyil.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş