NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya Avro-Atlantik təhlükəsizliyi üçün əsas birbaşa təhdid olaraq qalır. O, bu açıqlamanı mayın 20-də Brüsseldə keçirilən alyans ölkələrinin müdafiə nazirlərinin görüşü öncəsi verib.
Ruttenin sözlərinə görə, beynəlxalq vəziyyət, xüsusilə Avropada daha gərgin və münaqişəli xarakter almağa başlayıb ki, bu da təhlükəsizliyin təmin olunması üçün NATO müttəfiqləri arasında koordinasiyanın daha da gücləndirilməsini zəruri edir.
Baş katib həmçinin qeyd edib ki, alyans ölkələri sabitlik və təhlükəsizliyi pozmağa yönəlmiş getdikcə artan cəhdlərlə üzləşirlər. Onun fikrincə, bu şəraitdə NATO daxilində əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
İzmedia.az
![]()

