“Iran War Cost Tracker” portalının yaydığı məlumata görə, ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların dəyəri 95,2 milyard dolları keçib.
Portalın real vaxt rejimində işləyən kalkulyatoru Pentaqonun martın 10-da ABŞ Konqresinə təqdim etdiyi brifinqə əsaslanır. Həmin brifinqdə bildirilir ki, Vaşinqton Yaxın Şərqdəki hərbi əməliyyatların ilk altı günü ərzində 11,3 milyard dollar xərcləyib və münaqişənin hər növbəti günü üçün əlavə 1 milyard dollar xərcləməyi planlaşdırır.
Məlumata görə, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Tehran da daxil olmaqla, İranın iri şəhərləri zərbələrə məruz qalıb. Bunun ardınca İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı başladıldığını elan edib.
Həmçinin ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə də hücumların həyata keçirildiyi bildirilib.
İran hakimiyyəti eyni zamanda Hörmüz boğazını ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarı qəbul edib.
İzmedia.az
![]()

