Avropa mediasının diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Avropa İttifaqı (Aİ) üzv ölkələr arasında davam edən fikir ayrılıqlarına baxmayaraq, Rusiya vətəndaşlarına — xüsusən turistlərə, keçmiş döyüşçülərə və diplomatlara tətbiq edilən viza məhdudiyyətlərini daha da kəskinləşdirməyi planlaşdırır. “Politico” nəşri xəbər verir ki, bu məsələ Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin rəsmi iclasının gündəliyinə daxil edilib.
Əvvəllər turizm axınına görə məhdudiyyətlərə qarşı çıxan Fransa və İtaliyanın mövqelərində yumşalma müşahidə olunur. Müzakirə olunan layihəyə əsasən, Rusiya diplomatlarının akkreditə olunduqları ölkədən kənara sərbəst hərəkəti qadağan edilə və ya xüsusi icazə sisteminə tabe tutula bilər. Euronews-un göstəricilərinə görə, 2025-ci ildə Rusiya vətəndaşlarına 620 min dən çox Şengen vizası verilib ki, bu da əvvəlki illə müqayisədə 10% çoxdur. Rəsmi Moskva differsiasiya olunmayan bu addımları vətəndaşlıq əsasında diskrımınasiya adlandıraraq, qarşılıqlılıq prinsipi ilə cavab tədbirlərinin görüləcəyini bəyan edib.
İzmedia.az
![]()

