Macarıstan Xarici İşlər Nazirliyində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilir. Yeni rəhbərlik keçmiş xarici işlər naziri Peter Siyyarto ilə çalışan diplomatların və dövlət qulluqçularının vəzifələrdən uzaqlaşdırılmasına başlayıb.
Parlament dövlət katibi Dyord Velkinin sözlərinə görə, indiyədək 38 əməkdaş işdən çıxarılıb, ümumilikdə isə 45 nəfərlə əmək müqaviləsinə xitam verilməsi planlaşdırılır.
Velki bildirib ki, bu addımlar siyasi təmizləmə deyil, nazirlikdə etibarlı və peşəkar diplomatik sistem qurmaq məqsədi daşıyır. Onun sözlərinə görə, əvvəlki dövrdə Macarıstan bir sıra müttəfiqlərinin etimadını itirib və Avropa İttifaqında nüfuzuna zərbə dəyib.
Qeyd edək ki, 11 ildən çox xarici işlər naziri olmuş Peter Siyyarto hakimiyyət dəyişikliyindən sonra müxalifətə keçib. Yeni hökumət isə dövlət idarəçiliyində islahatlar və korrupsiyaya qarşı mübarizə aparacağını bəyan edib.
izmedia.az
![]()
