Ben-Qvirdən sərt çağırış: “Bütün Livan yanmalıdır”

1 Min Read

 

İsrailin Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvir ölkənin cənubunda dörd israilli hərbçinin öldürülməsindən sonra sərt bəyanatla çıxış edib.

Ben-Qvir X sosial şəbəkəsində paylaşımında “bir israilli ananın hər göz yaşı üçün min livanlı ananın ağlamalı olduğunu” bildirib və “bütün Livan yanmalıdır” ifadəsini işlədib.

İsrail ordusunun məlumatına görə, əsgərlər Livanın cənubunda Kfar Tebnit yaxınlığında keçirilən əməliyyat zamanı tanklarının vurulması nəticəsində həlak olublar.

Ölənlər arasında 401-ci Zirehli Briqadanın 52-ci batalyonunun komandiri, podpolkovnik Dor Gedalia Ben Simhonun da olduğu açıqlanıb.

Hadisə ABŞ və İran arasında imzalanan ilkin razılaşmadan bir neçə gün sonra baş verib. Həmin razılaşmaya əsasən, tərəflər və müttəfiqləri Livan da daxil olmaqla hərbi fəaliyyətləri dayandırmalı idi.

Qeyd edək ki, Ben-Qvir daha əvvəl də Qəzzaya humanitar yardım aparan fəallarla bağlı paylaşımları ilə mübahisələrə səbəb olmuşdu.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş