NBC News-un qeyri-kommersiya tədqiqat mərkəzi “Epoch AI” və “Ipsos” tərəfindən keçirilən birgə sorğuya istinadən verdiyi məlumata görə, işləyən amerikalıların təxminən yarısı peşəkar fəaliyyətində süni intellekt vasitələrindən istifadə edir. Məlumata görə, iş yerində süni intellektə müraciət edənlərin 20%-dən çoxu bu texnologiyalardan hər gün istifadə edir, hər beş respondentdən biri isə əvvəllər həmkarları və ya podratçıların gördüyü tapşırıqları süni intellektə həvalə etdiyini bildirib.
Tədqiqatlar göstərir ki, süni intellekt proqram təminatının yazılmasından və sənəd hazırlanmasından tutmuş məlumat təhlili, qiymətləndirmə və biznes-konsaltinqə qədər müxtəlif iş sahələrinin tərkib hissəsinə çevrilir. Sorğuda iştirak edənlərin 23%-i iş üçün zəruri sənədləri oxumaq, 22%-i isə məlumatları təhlil etmək və ya qiymətləndirmək üçün süni intellektdən istifadə edir. Çalışan amerikalılar arasında en məşhur vasitələr kimi “OpenAI ChatGPT” (34%), “Google Gemini” (24%) və “Microsoft Copilot” (15%) önə çıxır.
Mütəxəssislər vurğulayırlar ki, süni intellektin geniş yayılması peşələrin tamamilə əvəzlənməsindən daha çox ayrı-ayrı tapşırıqların avtomatlaşdırılması xarakteri daşıyır. “Epoch AI” və “AI Now” İnstitutunun tədqiqatçıları insanların iş yükünü texnologiya ilə bölüşməyi öyrəndiklərini və bu meyillərin əmək bazarının gələcəyini yenidən nəzərdən keçirməyə sövq etdiyini diqqətə çatdırırlar.
İzmedia.az
![]()

