Rusiya Ukrayna üzərində qələbəyə əmindir

1 Min Read

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya xüsusi hərbi əməliyyatda qələbəyə ümid etməklə yanaşı, həm də ona əmindir və sülh yolu ilə həll imkanları olmadığı halda onu davam etdirir.

TASS agentliyinin məlumatına görə, Kreml nümayəndəsi qeyd edib: “Sizi əmin edə bilərəm: biz bu qələbənin baş verəcəyinə nəinki ümid edirik, həm də əminik” .

Onun sözlərinə görə, bu qələbənin necə əldə ediləcəyi məsələsi “mövcud vəziyyətdən asılı olacaq”.

Peskov vurğulayıb ki, “Rusiya sülh yolu ilə həll yollarına açıq qalır, lakin belə yollar olmadığı təqdirdə biz xüsusi hərbi əməliyyatı davam etdiririk”.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş