Rusiyada saatda 260 km sürət yığan yeni döyüş PUA-sı təqdim edilib

2 Min Read
Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində Trans-Baykal bölgəsinin pavilyonunda Rusiya istehsalı olan yeni döyüş pilotsuz uçuş aparatı (PUA) nümayiş etdirilib. Sürəti saatda 200–260 km-ə çatacaq şəkildə layihələndirilən dron Uzaq Şərqin “Veter” dizayn bürosu tərəfindən hazırlanıb.
“Veter” bürosunun texniki direktoru Sergey Tatyankin təqdimat zamanı bildirib ki, PUA-nın konstruksiyası yüksək sürət dinamikasına uyğunlaşdırılıb: “Dronun dizayn xüsusiyyətləri onun yüksək sürətlə istifadə fizikası ilə birbaşa bağlıdır. Qurğuda Rusiya Müdafiə Nazirliyinin standart sursatları üçün xüsusi bölmə nəzərdə tutulub”.
Yerli istehsal olan mühərriklər və pərvanəli güc sistemi ilə təchiz edilən aparata 850 qrama qədər faydalı yük (bir standart sursat çəkisi) inteqrasiya olunub. PUA avtomatik hədəfəyönəltmə sistemi ilə təmin edildiyi üçün operator tapşırığı həm əl ilə, həm də avtomatik rejimdə icra edə bilər.
Tatyankin idarəetmə imkanlarını da diqqətə çatdırıb: “Büromuzun hazırladığı vahid idarəetmə mərkəzi vasitəsilə Rusiya ərazisində eyni vaxtda 1-dən 10-a qədər dronu təhlükəsiz məsafədən uzaqdan idarə etmək mümkündür. Müvafiq olaraq 5 kilometrdən 20-25 kilometrə qədər optik əlaqə kanalı qurmaq qabiliyyətinə malikik”.
Dizayn bürosunun rəsmisi əlavə edib ki, aparatın istehsalında maksimal dərəcədə yerli detallardan istifadə olunub və bu göstərici onu Rusiyada əlçatanlıq baxımından ən sərfəli PUA-lardan birinə çevirir.
Qeyd edək ki, “Uzaq Şərq: İnsanların rifahı naminə inkişaf” mövzusuna həsr olunmuş XI Şərq İqtisadi Forumu sentyabrın 1-dən 4-dək Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçirilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş