“Kommersant” qəzetinin verdiyi məlumata görə, “Rosatom” dövlət korporasiyasının daha 18 rusiyalı mütəxəssisi İranın Buşehr Atom Elektrik Stansiyasına (AES) qayıdıb. Bununla da obyektdə çalışan rusiyalı işçilərin ümumi sayı 63 nəfərə çatıb.
“Rosatom”un rəhbəri Aleksey Lixaçev bildirib ki, Yaxın Şərqdəki vəziyyət nəzərə alınaraq stansiyadakı heyətin sayı tədricən artırılır. Şəxsi heyətin kütləvi şəkildə qayıdışı və tikinti işlərinin tam gücü ilə bərpa edilməsi yalnız təhlükəsizlik zəmanətləri, eləcə də Vaşinqton və Tehran arasında yekun razılaşmalar əldə olunduqdan sonra mümkün olacaq.
Hazırda obyektdə əsas diqqət iki yeni enerji blokunun reaktor bölmələrinin və maşın zallarının tikintisinə yönəldilib. İranın yeganə fəaliyyətdə olan atom stansiyası sayılan Buşehr AES-in birinci enerji bloku isə 100% gücü ilə işləməyə davam edir.
İzmedia.az
![]()

