Zahedanda İİKK-nın xüsusi əməliyyatı: 5 terrorçu məhv edilib, qaçırılan mühəndis azad olunub

1 Min Read
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələri tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı silahlı terror qruplaşmasının 5 üzvü məhv edilib. “Mehr” agentliyinin İİKK Quru Qoşunlarının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Zahedan şəhərinin Kurin rayonunda baş verən silahlı toqquşmada İran ordusunun 1 hərbçisi də həlak olub.
Əməliyyat qaçırılan dinc sakinin xilası məqsədilə gerçəkləşdirilib. Məlumata görə, silahlı qrup bir gün əvvəl Zahedanın qərb hissəsində yerləşən tikinti sahəsindən bir mühəndisi qaçıraraq onu qonşu ölkə ərazisinə keçirməyə cəhd edib. İİKK kəşfiyyatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qruplaşmanın Kurin bölgəsindəki gizli sığınacağı aşkar edilib və gözlənilməz baskınla qaçırılan mühəndis xəsarətsiz azad olunub.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş