İran ABŞ ilə danışıqların gündəmdə olacağına şübhə edir

1 Min Read

İranın xarici işlər naziri Abbas Ərəqçi PBS-ə verdiyi müsahibədə bildirib ki, İran artıq ABŞ ilə danışıqların gündəmdə olacağına şübhə edir.

Əraqçi İranın yeni ali lideri Muctabe Xamenei təyin edildikdən sonra İran rəhbərliyində ABŞ rəsmiləri ilə hər hansı bir əlaqənin olub-olmadığı barədə sualı cavablandırıb:

“Əvvəla, onun hər hansı bir şərh verməsi üçün hələ tezdir. Hamımız onun çıxışlarını və şərhlərini gözləyirik, bunlar sonradan olacaq. Amma düşünmürəm ki, amerikalılarla danışmaq və ya yenidən amerikalılarla danışıqlar aparmaq məsələsi müzakirə mövzusu olacaq, çünki amerikalılarla danışmaqda çox acı təcrübəmiz var”, – deyə Əraqçi bildirib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla İranın böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhdidləri iddiaları ilə əsaslandırıb.

İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alaraq cavab əməliyyatı elan edib. Eyni zamanda, Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazaları zərbələrə məruz qalıb.

Hücum nəticəsində İranın Ali Rəhbəri Ali Xamenei və bir neçə digər yüksək vəzifəli lider ABŞ-İsrail birgə hücumunda öldürülüb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş