Popoviç: Serbiya təzyiqlərə baxmayaraq Rusiya ilə münasibətləri davam etdirəcək

1 Min Read

Serbiyanın beynəlxalq iqtisadi əməkdaşlıq üzrə naziri Nenad Popoviç TASS-a müsahibəsində bildirib ki, xarici təzyiqlərə baxmayaraq Belqrad Rusiya ilə münasibətlərin inkişafını davam etdirəcək.

Onun sözlərinə görə, hökumətin və Prezident Aleksandar Vuçiçin siyasəti nəticəsində Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən yeganə Avropa ölkəsi olaraq qalır.

Popoviç qeyd edib ki, gələcəkdə bu mövqeyə qarşı əlavə təzyiqlərin ola biləcəyini istisna etmir.

Bununla yanaşı, nazir Serbiya və Rusiya arasında tarixi dostluq, mədəni və mənəvi əlaqələrin mövcud olduğunu vurğulayıb. O bildirib ki, bu amillər ölkələr arasında əməkdaşlığın gələcəkdə də davam etməsinə zəmin yaradır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş