SEPAH: Fars körfəzində ABŞ hərbi bazalarının hədəfə alınması mümkündür

1 Min Read

İran mediasının məlumatına görə, ABŞ-ın Hörmüz boğazını blokadaya alması fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzinin cənub hissəsində yerləşən bütün ABŞ hərbi bazalarına qarşı addımlar atmağa hazır olduğunu bildirib.

“Yaxın gələcəkdə Fars körfəzinin cənub hissəsindəki bütün Amerika hərbi bazaları ləğv ediləcək”, – deyə media SEPAH nümayəndəsi İbrahim Zülfüqarinin açıqlamasına istinadla yazıb.

Məlumata görə, bu bəyanat bazar günü Birləşmiş Ərəb Əmirliklərinə dron hücumundan sonra səsləndirilib. Bildirilir ki, dronlardan biri Əl-Dəfra bölgəsində yerləşən Bərəka nüvə elektrik stansiyasının yaxınlığındakı elektrik generatoruna düşüb və nəticədə yanğın baş verib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş