İsrailin müdafiə naziri İsrael Katz orduya Livanda uzunmüddətli yerləşməyə hazırlaşmaq barədə tapşırıq verib. Nazir İsrailin Livan, Suriya və ya Qəzzadakı heç bir “təhlükəsizlik zonasından” qoşunlarını geri çəkməyəcəyini bəyan edib.
İsrail-Livan sərhədindəki kəndlərdə əməliyyat keçirən İsrail Müdafiə Qüvvələrinin (HƏMƏS/İDF) hərbi birləşmələrini ziyarət edən Katz cəbhə xəttindən rezonans doğuran açıqlamalar verib.
Nazir ordunun mövqelərini qoruyacağını vurğulayıb: “İsrail ordusu şimal yaşayış məntəqələrini qorumaq üçün buradadır. Biz bütün bu ərazini təmizləyəcək və şimal sakinlərinin təhlükəsizliyini təmin edəcəyik. Heç bir halda təhlükəsizlik zonalarından geri çəkilməyəcəyik: nə Livanda, nə Suriyada, nə də Qəzzada”.
İzmedia.azc
![]()

